• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 19.09.2022 12:23

Baş Klinik Hospitalda vəfat edən şəhid hərbçi dəfn edilib

KepezTV Player

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Şəhidimiz ötən gün Goranboyda dəfn edilib. Şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib. Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Şəhidimiz nişanlı olub.