• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 19.09.2022 12:05

Gürcüstan və Fransada erməni təxribat

KepezTV Player

Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.<br>Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Bu zaman polislə insident yaşanıb. Ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.***Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında da erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.&nbsp;Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:“Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”- deyə səfir bildirib.