• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 17.09.2022 22:45

Düşmən təxribatı nəticəsində yaralanan şəxs əməliyyat olunub

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində genişmiqyaslı təxribatı nəticəsində yaralanan iki mülki şəxsdən biri Asim Musayev əməliyat olunub. Mərmi partlayışı zamanı sol ayağından yaralanan Kəlbəcər rayonu Bozlu kənd sakininin vəziyyəti hazırda normaldır. Həkimlərin səyi nəticəsində Asim Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub.