• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 15.09.2022 19:34

Sərhəd kəndində həyat davam edir

KepezTV Player

Kimisi əkin sahəsindən kartof qazır, kimisi öz bağından meyvə dərir, kimisi də örüşdə mal-qarasını otarır. Bütün bunlar Daşkəsən rayonunun cəbhə zonasına yaxın kəndlərində sakinlərin gündəlik həyatıdır. Əməkdaşımız Elnur Vahidoğlu həmin ərazilədə olaraq sakinlərin gündəlik iş həyatları ilə bağlı reportaj hazırlayıb.  İndi həmin sujeti ekranlarımıza gətirək. İzləyək.

Qabaqtəpə kəndi Daşkəsən rayonun ən ucqar kəndlərindən biridir. Ermənistan Silahl qüvvələrin atdığı atəşələr bu kənddə də aydın eşidilir. Ancaq buna baxmıyaraq kənd sakinləri gündəlik olaraq öz işləri ilə məşğuldurlar.

Qarğıdalı, kələm, lobya, kartofla qazırıq. Düşmənlərin bizə atdıqları güllələrdən qorxmuruq. Öz təsərrüfatımız öz işi ilə məşğul oluruq.

Qabaqtəpə kəndi Daşkəsən rayonun mərkəzindən 27 km aralıda yerləşir. Döyüş bölgəsinə yaxın olan dağlarla əhatələnən kənddə 4 minə yaxın sakin yaşayır. Erməni Silahlı Qüvvələrinin bir neçə gündür ki,  Daşkəsən istiqamətində açdıqları atəşlər bu kəndə də aydın eşidilir. Ancaq buna baxmıyaraq kənd sakinləri öz yerindədir və qüdrətli dövlətimizə, güclü ordumuza inanırlar.

Salam uşaqlar. Bilik günü ilə bağlı bu gün dərsimiz Qarabağ Azərbaycandır. Ermənilərin 30 ilə yaxın işğalda saxladığı torpaqları güclü dövlətimiz və ordumuz azad etdi.

Cəbhəyə yaxın kənd olan Güneykənddə də həyat davam edir.  Tədris ilinin başlaması münasibətilə dərslər adi qaydada başlayıb.

Rayonun Əmirvar, Alaxançallı və Astaf kəndləri də sərhəddə yaxın olmasına baxmıyaraq həyat öz axarı ilə davam edir. Rayon rəhbərliyi və yerli hüquq mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq bu kəndlərə baş çəkir və əhali ilə sıx təmasda olurlar.

Yerli sakinlərin sözlərinə görə erməni təxribatına baxmayaraq ordumuz düşmənlərin layiqli cavabını verir.

Elnur Vahidoğlu