• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 15.09.2022 11:56

29 ildən sonra ilk zəng çalındı

KepezTV Player

Zəngilanın Ağalı kənd məktəbində də 29 ildən sonra ilk zəng çalınıb.Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 65 şagird qeydiyyatdan keçib. Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.