• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 15.09.2022 11:51

Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 104 il ötür

KepezTV Player

Bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 104 il ötür. 1918-ci ilin məhz bu tarixində Nuru Paşanın rəhbərliyi ilə tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmayıb.