• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 14.09.2022 19:25

"TikTok”un ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır

KepezTV Player

“TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb. "Həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır" - məlumatda qeyd edilib.