• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 14.09.2022 16:20

Qəhrəman hərbiçilərimiz torpağa tapşırılıb

KepezTV Player

Ermənilərin cəbhədə törətdiyi təxribat nəticəsində Şəmkir və Göygöl rayonları da şəhid verib. Qəhrəman döyüşçülərimiz doğulduqları kəndlərdə torpağa tapşırılıb.

Şəmkir rayon Şeyidlər kənd sakini Xəyal Süleymanov 27 noyabr 1996-cı ildə anadan olub. Ailədə son beşik olan Xəyal həmişə vətənpərvər, torpağını, xalqını sevən bir oğlu olub. Məhz elə bunun üçün də Müddətdən Artıq Hərbi Qulluqçu kimi xidmətə başlayıb. İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsində o da digər oğullarımız kimi qəhrəmanlıq göstərib. Müharibədə göstərdiyi şücayətə görə Xocavəndin, Fizulinin, Şuşanın azad edilməsinə və İgidliyə görə medalları ilə təltif edilib. Çavuş Xəyal Süleymanov sentyabırın 12-dən 13-nə keçən gecə ermənilərin törətdiyi təxribat nəticəsində Daşkəsən istiqamətində şəhid olub.  Rayon rəhbərliyinin, ictimayyət nümayəndələrinin iştirak etdiyi dəfn mərasimində şəhid vətənpərvərlik şüarları ilə kənd qəbirstanlığında dəfn edilib. Şəhidin tabutunun büküldüyü üç rəngli bayrağımızın atasına verilib. Daha sonra himn səslənib, yaylım atəşi atılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Üzeyir Əliyev isə Göygöldə dəfn edilib.1993-cü il təvəllüdlü şəhidlə Gəncəninn Qızılqaya qəsəbəsində yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidlə vidalanlar sırasında Gəncə və Göygölün icra başçıları, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

29 yaşlı şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfin edilib. Müddətdən artıq hərbi qulluqçu olan Üzeyir Əliyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. İki qardaş bir bacı olan Üzeyir subay idi.

 

Elnur Vahidoğlu