• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 13.09.2022 12:23

Universitetin kitabxanası yanıb

KepezTV Player

Bu gün günorta saatlarında Azərbaycan Dövlət Aqrar Universtetində yanğın baş verib. Yanğın ali təhsil müəssisəsinin Mühəndislik korpusunun zirzəmisində yerləşən kitabxanada olub. Hadisəyə vaxtında müdaxilə alovun genişlənməsinin qarşısını alıb.

Azərbaycan Dövlət Aqrar Universtetinin Mexanizasiya korpusunda güclü yanğın baş verib. Yanğın binanın zirzəmizində olan kitabxanada olub. Hazırda Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb olunub.

Ozan küçəsində baş verən yanğın hadisəsi 5 mərtəbəli binanın zirzəmisində olub. Ümumi sahəsi 106 kvm olan kitabxananın təxminən 20 kvm hiisəsi yanıb. Təhlükəsizlik baxımından binanın elektrik enerjisi ilə təminatı dayandırılıb və hadisə yerinə yanğın söndürüənlər çağırılıb.

Elxan Məmmədov binanın komendantı: Zirzəmidə yerləşən kitabxanada yanğın baş vermişdi. Saat 11 radələrində olub və yanğının səbəbləri araşdırılır, əlavə məlumatlar veriləcək. Müəyyən hissə yanıbdır. Yanğın söndürülənə kimi işçilər tərəfindən nə lazım idi kömk olundu.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 6 avtomobili və 30-a yaxın canl qüvvəsi hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun binaya və ətrafa yayılmasının qarşısı alınıb.

Fuad Hüseynov  Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini: Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rabitə məntəqəsinə ADAU da yanğınla məlumat daxil olmuşdu. Dərhal 6 ədəd yanğın söndürən avtomobillərini çıxarmışıq. Hadisə yerinə çatanda ADAU-nun kitabxanasında yanğın baş verməsi məlum olmuşdu. Yanğın söndürənlər tərəfindən dərhal hadisəyə müdaxilə olunmuş və yanğın tez bir zamanda söndürülmüşdü.

Baş verən yanğın səbəbindən Azərbaycan Dövlət Aqrar Universtetinin  Mühəndislik korpusunun 50-ə yaxın işçi heyyəti də təhlükəsizliklə bağlı olaraq binadan təxliyyə edilib. Yanğının baş vermə səbəbləri araşdırmalardan sonra bilinəcək.

Elnur Vahidoğlu