• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 12.09.2022 20:01

Nizami Gəncəvinin 881 illiyi ilə bağlı silsilə tədbirlər davam edir

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev Nizami Gəncəvi irsinin təbliğində rolu” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Nizami Gəncəvinin irsinin eləcədə onun yaradıcılığının təbliğində məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Ulu öndər  hakimiyyətdə olduğu illərdə daima Nizami Gəncəvi aid kitabların nəşr edilməsində, elm adamları tərəfindən şairin yaradıcılığının  araşdırılıb və elmi manaqrafiyaların çap etdirilməsində köməkliklər edib. Bundan başqa şairin əl yazmalarının nüsxələrinin, əsərlərinə çəkilən rəsmlərin ölkəmizə gətirilməsində də Ümummilli liderin əvəzsiz xidmətləri olub. O da diqqətə çatdırılıb ki, hər il dahi şairin yubleylərinin keçirilməsi də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb. Tədbirdə Nizami Gəncəviyə aid sənədli filim nümayiş olunduqdan sonra  dahi şairin  sözlərinə bəstələnən yeni mahnılar ifa olunub.