• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 12.09.2022 16:05

Gəncədə küçələrin işıqlandırılması layihəsinin icrasına dair müqavilə

KepezTV Player

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Gəncə şəhərinin küçələrin işıqlandırılması ilə bağlı layihənin icrasına dair müqavilə imzalanıb. Sənədə bankın prezidenti Odile Renaud-Basso, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncənin icra başçısı Niyazi Bayramov imza atıblar. Layihə çərçivəsində şəhərin 274 küçə və prospektində müasir işıqlandırma sistemləri quraşdırılacaq ki, bu da elektrik enerjinin sərfiyyatında 76%-ə qədər qənaət etməyə imkan yaradacaq.