• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 12.09.2022 16:05

Polşanın din xadimləri erməni vəhşiliyinin şahidi olublar

KepezTV Player

Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də alban dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə ölkəmizdə səfərdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Polşadakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə reallaşan səfər çərçivəsində qonaqlar Gəncədə də olublar. Erminlərin raket hücumu nəticəsində dağıtdığı ərazilərə baxış keçiriblər. Mənfur qonşularımız beynəlxalq hüquqa zidd olaraq döyüş meydanından kənarda dinc əhalini hədəfə aldığı diqqətə çatdırılıb. Daha sonra nümayəndə heyəti Gəncədə yerləşən alban məbədləri və xristian kilsələrini ziyarət edib, ibadət zalı və inzibati bina ilə tanış olublar. Qonaqlara ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verilib, dövlətin dini icmalara göstərdiyi qayğıdan bəhs edilib.