• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 10.09.2022 21:41

Kirayə mənzil bazarında qıtlıq müşahidə olunur

KepezTV Player

Yeni tədris ilinin başlaması ilə birlikdə kirayə mənzil bazarında canlanma  müşahidə olunur. Regionlardan olan tələbələrin Gəncədəki ali məktəblərə və kolleclərə axın etməsi mənzil bazarında canlanma yaradıb. Artan təlabat isə yaşayış yerlərinin kirayə qiymətində özünü biruzə verir. Daşınmaz əmlak bazarında bu sarıdan mövcud vəziyyətlə əməkdaşımız Aişə Rzayeva maraqlanıb.

Aygün Əliyeva ev sahibi: Mən öz evimi kirayəyə verirəm. Tələbə də olsa olar. Ailəli də olsa olar. Şəraitidə var. 150 manatdır. Razılaşaram da.

Evlərini Aygün xanım kimi kirayə verməyə hazır olan şəxslər Gəncədə elə də az deyil. Burada əsas məsələ evin şəraiti, təminatlı olması və buna müvafiq də qiymətidir. Elə kirayələmək üçün ev axtaranlar üçün də əsas məsələ olan bu sadaladığımızlarla yanaşı onun təhsil ocağı və ya iş yerinə yaxınlığı da az rol oynamır. Odur ki, təklif edilən qiymətlərlə razılaşanlar da olur, narazı qalanlar da.

Məncə qiymətlər bahadı. İndidə ali məktəblər açılıb. Qiymətlər daha da qalxıb. İndiki zəmanəyə təlabata uyğun deyil.

Baha olan da var, ucuz olan da var. Baxır vəziyyətinə. Kirənin vəziyyətinə baxır da o əşyasına görədi hamsı.

Qiymətlər münasibdir, yaxşıdır. 80, 100, 120 manat arasıdır aylıq kirayəsi. Amma əşya ilə olsa lap yaxşı olardı. Amma belə 120, 130, 200 manatdan yuxarı da var. Hər bir şəraitlə olan.

Tələbə yoldaşlarımla birgə adama 100 manat veririk. Iki otaqlı evdir. 4 nəfərik.

Tələbələrin axını ilə əlaqədar olaraq müraciətlərin çoxluğu isə kirayə mənzil bazarında ciddi qıtlıq yaşadır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə “Kirayə mənzil yoxdur” elanları da vurublar. Buna əsas səbəb kimi tələbələrin kirayə qaldıqları evləri yay aylarında da təhvil verməməsi ilə bağlıdır.

Könül Feyzullayeva rieltor: Ötən illərə baxanda müraciət edənlərin sayı az olur. Evini kirayə vermək istəyənlər və ya alqı-satqı da az olur. Hal-hazırda kirayə mənzillərin az olmasına səbəb əhalinin mikqrasiyası ilə bağlı ola bilər. Və universitetlərə bağlı tələbələrlə, işçi qüvvəsinin yerdəyişməsi ilə bağlı rayondan şəhərə gəlib işləyənlərlə bağlı olur. Hal-hazırda kirayə mənzillərlə bağlı qıtlıq var. Bu da mövsümü xarakter daşıyır. Əsasən yay aylarının sonlarında ali məktəblər bildiyimiz kimi başlayır. Sentyabrdan başlayır. Yəni payız fəslinin əvvəllərindən başlayır.

Bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan bəzi ərazilərində 150 manatdan aşağı ev kirayələmək demək olar ki, mümkün deyil.

Könül Feyzullayeva rieltor: Artıq dərslər də başlayana yaxındır deyə qiymətlər də qalxıb, təlabat da artıb. Qiymətlər universitetə yaxın olanda 70, 80, hətta 100 manat olur tələbənin biri üçün. Ancaq universitetdən kənarda olanda 50-60 manata olur. Məsələn sevinc qəsəbəsində məhlə evi 3 otaqlı 2 sotun içində normal şəraitli evdir, 150 manata verilir. Ancaq şəhərin mərkəzində həmin evi 450-500 manatdan aşağı götürmək mümkün deyil.

Kirayə mənzil bazarında qiymət artımı şəhərin bütün zonalarında müşahidə edilir. Belə vəziyyətin isə 2 ay davam edəcəyi proqnozlaşdırılır.