• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 10.09.2022 21:33

Laçına köçəcək sakinlər siyahıya alınır

KepezTV Player

Qəlblərdə sevinc, gözlərdə həsrət. İndi onların öz dədə-baba torpaqlarına qovuşmasına bir addım qalıb. 30 ilə yaxın laçınsız yaşıyan soydaşlarımız doğma yurdlarına köçməyi səbrisizliklə gözləyirlər. Artıq qərb bölgəsində yaşıyan bütün laçınlıların siyahıya alınmasına başlanılıb.

Lida Əsədova  Laçın sakini: Laçın mənim ata yurdum,

Qucağında yuva qurdum

Alıbdı müzəffər yurdum

Sərkərdənə qurban olum.

Laçın sənin hər dağına,

Hər daşına qurban olum

Otuz ildə unutmadın

Yaddaşına qurban olum!

Laçının bu gün olduğu yerim, kəndimin daşı, divarı belə yadımdadır. Yadımnan çıxmayıb. Çox belə sevinc hissi ilə qarşıladıq və şükürlər olsun ki, alındı. Yenə gedib həmin torpaqda, həmin yerimizdə kəndimizdə məskunlaşəb, həyatımıza davam edəcəyik.

Düz 30 il bundan əvvəl erməni vandalları bütün laçınlılar kimi Nəsibovlar ailəsini də öz yurd yuvalarından didərgin saldılar. Üç övladı olan ailənin başçısı Bayram Nəsibov deyir ki, Laçından çıxanda 32 yaşı olub. Ömrümün ən gözəl çağlarında Laçınımı tərk edib Gəncədə 1 saylı qəsəbədə yaşıyan Bayram kişi 30 ildir hər gecə yuxusunda, xəyalında Laçını görür. Laçının erməni işğalçılarından azad edilməsi və onların öz dədə baba yurdlarına qayıtması üçün ailə tərkibinin  Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Gəncə Regional şöbəsi tərəfindən siyahıya alınması ailəni çox sevindirir.

Bayram Nəsibov Laçın sakini: Biz bu xəbəri eşidəndə çox böyük sevinc hissi ilə qarşıladıq. Həyata elə bil yenidən doğulduq. Biz də hazırlaşırıq ki, yerimizə-yurdumuza rayonumuza qayıdaq.

Laçın sakini Əli Ədilov isə deyir ki, Laçına qayıtmağa hazırlaşır. Hazırda 2 övladı, 4 nəvəsi olan Əli dayı Laçın üçün burnunun ucunun göynədiyini bildirir.

Əli Ədilov  Laçın sakini: Laçın dağlıq ərazidir. Gözəl təbiəti, qəşəng bulaqları var. Şəhərin özü çox gözəl idi. Özüm elə orada 30 il ömür sürmüşəm. Evim-eşiyim hamısı ordadır. Ona görə də çox sevinirəm. Laçına qayıtmaq bizim arzumuzdur. Gedib yenə də həmin işlərlə məşğul olarıq.

Şərqiyyə Quluyeva  Laçın sakini: Çox şükür Laçın azaddır. Meşələrimiz, dağlarımız, məktəbimiz, xəstəxanamız, hətta özümüzün əl əməyimiz olan evimiz orda qalıb. Bəlkə də evimizi dağıdıblar bilmirik. Ancaq nə qədər olsa da ora bizim yurd yuvamızdır. Allah ömür versin o məktəbdə yenə işləyim. O məktəbi görüm, orada sənədlərimiz, əl işlərimiz qaldı. Həsrətlə yaşayırıq. Öz vətənimizi, emizi, yurdumuzu çox sevirik və orada qayıtmağı həsrətliklə gözləyirik.

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Gəncə Regional şöbəsi Gəncə, Göygöl, Daşkəsən və Samux rayonlarını əhatə edir və ümumilikdə bu ərazilərdə 50 ailədə 200-ə yaxın Laçın sakini yaşayır.

Elnur Vahidoğlu