• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 08.09.2022 20:33

İcra başçısı vətəndaşların problemlərini dinləyib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Məhsəti mərkəzində keçirilən görüşdə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə,  mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.