• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 08.09.2022 12:19

Bağça müdirləri və müəllimlərin diaqnostikası aparılacaq

KepezTV Player

"Azad edilmiş ərazilərdə də bağçaların inşası nəzərdə tutulub". Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsindən bildirilib ki, sentyabrın 15-də Ağalı kəndindəki məktəbdə ilk zəng çalınacaq. Həmin kənddə kifayət qədər əhali məskunlaşıb, 61 uşaq məktəbə qeydiyyatdan keçib, 18 uşaq isə bağça yaşlıdır. Söbədən o da qeyd olunub ki, bağça müdirlərinin işə qəbulu müsabiqəsi oktyabrda keçirilə bilər. Müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq. Növbəti mərhələdə bağçalarda müəllim və direktorların diaqnostikası da aparılacaq.