• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 07.09.2022 20:00

Türkiyəli tələbələrin Azərbaycana səfəri təşkil olunub

KepezTV Player

Türkiyədəki müxtəlif universitetlərdə təhsil alan tələbələr Azərbaycanda təcrübə proqramında iştirak ediblər. Bakı, Sumqayıt daha sonra isə Gəncədə davam edən mübadilə proqramı çərivəsində tələbələr Gəncə Tibb kollecində  təcrübədə olublar.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinın təşkilatçılığı ilə 13 nəfər Türkiyəli tələbənin Azərbaycana səfəri təşkil olunub. Ölkənin müxtəlif təhsil müəssisələrində olan qonaqlar fərqli təcrübə praktikalarının qazanılması çərçivəsində Gəncə Tibb Kollecində də olublar. Səfər çərçivəsində laboratoriyalarla yaxından tanışlıq olub, orada olan robot-manikenlər üzərində keçirilən tədris prosesini yaxından izləyib, həkim-müəllimlərin köməkliyi ilə özləri praktik olaraq proseslərdə iştirak ediblər

Təcrübə Paylaşım Proqramı, tələbələrin TİKA-nın əməliyyat coğrafiyasına daxil olan ölkələrdəki gənclərlə qarşılıqlı əlaqə və təcrübə mübadiləsinə zəmin yaratmaq, eləcə də onların həyata keçirdiyi layihələri görmələrini təmin etmək məqsədi ilə reallaşdırılır.

Proqramın sonunda fizioterapiya, sosiologiya, psixologiya, kənd təsərrüfatı mühəndisliyi, aviasiya və kosmik mühəndislik, tarix, əczaçılıq və ədəbiyyat kimi müxtəlif fakultələrdə təhsil alan tələbələrin hər biri Gəncə Tibb Kollecinin həyətində ağaclar əkiblər.