• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 06.09.2022 20:20

İnnovativ meyvəçilik iqtisadi imkanları gücləndirər

KepezTV Player

Meyvəçilikdən gəlirin artırılması məqsədilə innovativ tədbirlərə üstünlük verilməsində fayda var. Bu iqtisadiyyatın inkişafına səbəb olmaqla sənaye meyvəçiliyinin artırılmasına, intensiv bağların sahəsinin genişləndirilməsinə əsas yaradar.

Müasir  dövrün tələbinə uyğun olaraq meyvəçilikdə inkişafın intensiv getməsi üçün tədirlər aparılır. Bu yolla məhsuldarlığın artmasına daha çox nail oluna bilər.

Allahverdi Seyidov  ADAU-nun Bağçılıq kafedrasının müdiri: Bütün sektorlarda olduğu kimi meyvəçilikdə də intensiv qaydalara əməl olunmalıdır. Və bunun üçün bağçılığın qarşısında duran ən böyük problem 1-ci ting istehsalına önəm veriləcək. Bir bitki öz rüşeym kökündən başlanğıc götürəndə onu əsas kökü inkişaf edir. Əgər biz tingçiliyə gəliriksə çalaq altlarını götürürüksə bunlarda əsas kök olmur. Bunlarda saçaqlı kök inkişaf edir. Demək saçaqlı kök inkişaf edən zaman bunun təlabatı yüksək olacaq. Çünki ərazidə torpağın səthində dayanır. İstiliyə yaxındır. Buxarlanma da çox gedir. Amma mil kökü olarsa da onu biz elə bcərməliyik ki, miljök qorunub torpağa basırılmalıdır. Yəni calaq altlarında mil kökün olması gündəm daşımalıdır ki, suya biz kifayət qədər qənaət edəcəyik. Həm bitkinin məhsuldarlığı yüksək olacaq həç də keyfiyyətli olacaq.

Daha bir şərt isə bağlar salınarkən ərazilərin seçilməsinə diqqət etməkdir. Çalışmaq lazımdır ki, bağlar alçaq boylu, tez bara düşən ərazidə olsun. Sort xəstəlik və zərərvericilərə qarşı dözümlü olsun. Belə olan halda bazara da keyfiyyətli meyvə təqdim etmək mümkün olar.

Allahverdi Seyidov  ADAU-nun Bağçılıq kafedrasının müdiri: Bağ salanda ərazinin seçilməsi hər bir ərazi seçərkən onun özünə uyğun sortlar seçmək lazımdır. Məsələn bütün dünyada və azərbaycanda son zamanlar gündəmə gəlmişdir ki, meyvə bağlarının üstündə örtüklər, çadırlar gedir.  Bunun funksiyası nədir. Əgər çadırlar üzərində torlar örtülərsə həşəratların ora daxil olmasının qarşısı alınır. Və o meyvələr bir o qədərdə zədələnmir. İkincisi yağış yağan zaman meyvənin üzərinə damcı düşür və linza rolunuoynayır həmin damcı. Həmin şüa o yeri yandırır. Yandırdıqdan sonra birbaşa zədələnmə, xəstəlik olur. Son nəticədə bazaar gələndə öz rəqabət qabiliyyətini itirmiş olur. 4-dən 3 hissəsi bu bazaar çıxmırsa o çəkilən xərci az qarşılyır və gələn fayda az olur. Ona görə bu məsələ sadə olsada diqqət yetirilməlidir.

Azərbaycanda olan münbit iqlim şəraiti bütün meyvələrin yetişməsi üçün əlverişli şərait yaradır. Meyvəçilik üzrə ən önəmli bölgələr isə 1-ci yerdə Quba- Xaçmaz, 2-ci yerdə isə Şəki- Zaqatala iqtisadi rayonları hesab edilir. Sitrus meyvələri üçün Lənkəran-Astara, suptropik bitkilərinin yetişdirilməsi üçün isə Aran bölgəsi daha əlverişlidir.