• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 06.09.2022 17:25

Uşaqların yaradıcılıq üzrə seçimi aparılır

İlk dəfə olaraq yeni tədris ili üçün uşaq gənclər inkişaf mərkəzinə, musiqi eləcədə incəsənət məktəblərinə qəbul olacaq şagirdlərin seçim mərhələsi aparılır.  Vakant ixtisaslara müraciətlər çox olduğu üçün seçimdə mütəxəsislər  tərəfindən  istedadlı və bacarıqlı uşaqlara üstünlük verilərək məktəblərə qəbul olunurlar.

Xədicə Məmmədova iştirakçı: Mənim 11 yaşım var. Rəsmə həvəsim var. Bu müsabiqədə iştirak eləmək üçün gəlmişəm.

Xədicə Məmmədova yeni tədris ili üçün Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinə yazılmaq istəyir. Mərkəzin müəllim və dərnək rəhbərlərindən ibarət münsiflər heyyəti 6-12 yaş arası olan uşaqların rəsm çəkmək istedanı yoxlaaraq onların bacarıqlarını qiymətləndirir. Bununla paralel olaraq mərkəzin xor, qiraət, rəqs eləcə də digər bölmələri üzrə dərnəklərə də müraciət edən uşaqlar müsabiqə yolu ilə mərkəzə seçilirlər.

Elnarə Məmmədova rəsm dərnəyinin rəhbəri: Uşağın az da olsa istedadı olsa biz onu götürürük. Əgər həvəsi varsa heç bir qabiliyyəti yoxdursa onu inkişaf elətdirmək üçün üzərində də işləməyə hazırıq.

Uşaq Gənclər İnkişaf Mərkəzində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı və onların asudə vaxtlarını səmərəli  təşkil etmək üçün imkanlar var. Mərkəzə 1-ci 11-ci siniflərdə oxuyan şagirdlər qəbul olunur.  Yeni tədris ili üçün ümumilikdə 18 dərnəkdə 1350 uşağın qəbulu nəzərdə tutulur.

Sevinc Ələkbərova Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru: Məktəbdən kənar təhsil müəsisəsi olduğuna görə bizdə uşaqların mərkəzdə məşğələlərdə olması hərəkətlidir. Uşaqlar biliklərinə bacarıqlarına görə yerlərini dəyişə bilirlər. Mərkəzimizdə qrupların açılması müraciətlər əsasında olur. Müraciətlərdə həddindən artıq çoxdur. Bütün ixtisaslarımız ödəşsizdir və bundan da yararlanmaq istəyən valideynlərimiz çoxdur. Bu da bizi çox sevindirir.

Gəncənin musiqi və incəsənət məkətblərinə də istedadlı və bacarıqlı şagirdlərin seçimi aparılır. May ayından sənədlərini təqdim edən şagirdlərin mahnı duymaq, yaddaş eləcə də musiqiyə aid bilikləri mütəxəsislər tərəfindən yoxlanılır.

Sevil Abdullayeva  iştirakçı: Mənim 10 yaşım var. Musiqiyə çox böyük həvəsim var. Böyüyəndə pianist olmaq istəyirəm.

Əntiqə Məmmədova valideyn: Qardaşımın iki nəvəsini bura gətirmişik. Biri tarda oxuyur ikinci kursa keçib. İkincini də bura gətirmişik. Razıyıq lap yaxşıyıq ki, müsabiqədən keçib uşağın biliyi, istedadı olur.

Musiqi məktəblərindəki bölmələrə müraciətlər də vakant yerlərdən çoxdur. Seçimin nəticəsi ilə 1 gün ərzində tanış olmaq olar.

Qahirə Məmmədova 2 nömrəli musiqi məktəbinin müdiri: Valideyinlər də, uşaqlar da çox böyük maraqla gəliblər və hamısı da iştirak edirlər. Fortepiana, skiripka, turba, klarnet, tar, kamança və vakal ixtisası üzrədir. 61 vakant yerimiz var və 100-ə yaxın sənəd qəbulu keçibdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda ümumilikdə 21 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Həmin mədəniyyət ocaqlarına şagirdlərin seçimi sentyabırın 10-na kimi davam edəcək.

Elnur Vahidoğlu