• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 06.09.2022 17:08

Sinifin bütün şagirdləri tələbə olub

KepezTV Player

Gəncədə ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərlə görüş keçirilib. 2021-2022-ci tədris ilində şəhərin ümumtəhsil məktəblərini 2816 nəfər məzun bitirib ki, bunlardan da 1249 nəfəri respublikanın, 158 nəfəri  isə xarici ölkələrin ali məktəblərinə qəbul olublar. 49 nəfər məzun 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin 11 B sinfinin bütün məzunları tələbə adını qazanıblar. Görüşdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, yeni məktəb binaları, əlavə tədris korpuslarının inşa edilməsi, mövcud məktəblərdə əsaslı təmir işləri aparılmasının göstəricilərin müsbət olmasına təsirinə toxunulub. Bütün bunların gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaratdığı vurğulanıb. Tələbə adını qazananlara hədiyyələr təqdim olunub. 39 nömrəli məktəbin 11 B sinfinin rəhbəri Jalə Məmmədova isə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilib.