• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 05.09.2022 20:03

Nizami Poeziya Günlərinə hazırlıq gedir

KepezTV Player

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 881 illiyi poeziya günləri ilə qeyd ediləcək. Sentyabr ayı ərzində Gəncədə keçiriləcək silsilə tədbirlərə hazırlıqlar gedir.

Nizami Poeziya Günlərinə hazırlıq çərçivəsində Gəncə Dövlət Filarmoniyyasının Göygöl Dövlət Mahnı və Rəqs ansanblı məşqlərə başlayıb. Kollektiv Nizaminin sözlərinə bəstələnən mahnılar, eləcə də  dahi şairin  qəzəllərinə aid müğamlar üzərində işləyir. Musiqilər yeni aranjımanda təqdim ediləcək.

Nizaminin məqbərə və muzey kompleksində də silsilə tədbirlər planlaşdırılır.

Gəncə Dövlət Kukla Teatrı isə Nizami Gəncəvinin Yeddi Gözəl poemasından Xeyir və şər tamaşasını nümayiş etdirəcək. Quruluşçu rejissoru Fərmail Paşayev olan səhnə əsərində yaradıcı kollektiv bir sıra yeniliklərlə tamaşaçıların qarşısına çıxacaq.

Nizami Gəncəvinin 881 illiyi ilə bağlı silsilə tədbirlərə sentyabırın 10-dan başlanılacaq və ayın sonuna kimi davam edəcək.

Elnur Vahidoğlu