• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2005
— 05.09.2022 19:25

Məktəbli formalarının qiymətləri necədir?

KepezTV Player

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları axtarışındadırlar. Bəs Gəncədə bu formaları almaq üçün xüsusi məntəqələr yaradılıbmı? Qiymətlər hansı rəqəmlər aralığında dəyişir? Aişə Rzayevanın araşdırmasını təqdim edirik.

Məktəblərdə vahid formaların tətbiq olunması məqsədilə yeni məktəbli formalarının satışına başlanılıb. Gəncə- Daşkəsən Təhsil İdarəsindən bildirilib ki, məktəbli formalarının satışı üçün Gəncədə hər hansı məntəqə yaradılmayıb və bu proses fərdi qaydada həyata keçirlir. Valideyinlər pərakəndə satış qiymətlərinə uyğun olaraq məktəbli formalarını əldə edə bilirlər. Qiymətlə bağlı isə hər hansı tənzimləmələr həyata keçirilmir.

Məktəbli formaları təhsil müəssələrinə 4 rəngdə təqdim olunub. Qiymətlərinə gəldikdə isə qızlar üçün  ətəklər 14-25 manat , oğlanlar üçün şalvarlar 12-25 manat arasındadır. Köynəklərin qiyməti 12- 35 manat aralığında dəyişir.

Təhsil Nazirliyindən hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyi bildirilib.