• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 05.09.2022 15:55

Arxeoloqlarla könüllülər tədqiqat sahəsində

KepezTV Player

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Arxeoloji qazıntılar və yay məktəbi 2” adlı  layihəyə start verilib. Sentyabrın 15-dək könüllülər Ceyrançöl ərazisində yerləşən Ceyrançuxur dərəsində arxeoloji və tədqiqat işləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Aparılan qazıntı işləri zamanı ərazidən maraqlı maddi mədəniyyət nümunələri aşkarlanıb.

Layihəyənin həyata keçirildiyi ərazidə havanın həddən artıq isti keçməsi və Ceyrançölün sərt iqlimi gənc könüllüləri narahat etmir. Arxeoloqlarla söhbət, görülən işlərlə yaxından tanış olmaq və hətta onlara kömək etmək kimi imkanlardan maksimum yararlanmağa çalışırlar.

Layihənin məqsədi mədəni irsimiz olan Keşikçidağ mağaralar kompleksinin yerli və dünya ictimaiyyətinə daha yaxından tanıdılması, Keşikçidağ adının elmi dövriyyəyə daxil edilməsidir. Kurqanların sayının çox olduğu tədqiqat ərazisində qazıntılar nəticəsində son tunc, erkən dəmir dövrünə, eradan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.

Mədəniyyət naziri Anar Kərimov Keşikçidağ Kurqanlar vadisinin ərazisində yerləşən Ceyrançuxur dərəsi 1 saylı kurqanda “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi 2” adlı layihə çərçivəsində aparılan qazıntı işləri ilə tanış olub. Gürcüstanla sərhəddə yerləşən Keşikçiqala, Alban məbədi və mağara-məbədlə də tanış olub.