• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 05.09.2022 16:20

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadəedərək  digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.