• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 03.09.2022 21:05

Nizami Gəncəvinin 881 illiyi qeyd olunub

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami muzeyində dahi şairin 881 illiyi ilə bağlı tədbir keçirilib. Əvvəlcə qonaqlar şeyxin məqbərəsini ziyarət ediblər, şairin ruhunu hörmətlə anıblar. Nizami Gəncəvi muzeyində davam edən tədbirdə böyük mütəfəkkirə aid kitablara, rəsm əsərlərinə eləcə də əl işlərinə tamaşa olunub. Dahi şairin zəngin yaradıcılığına nəzər salınıb.  Geniş şöhrət tapmış Xəmsənin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmasından bəhs edilib. O da xüsusi ilə vurğulanıb ki, mütəfəkkir şair çox sayda davamçısından ibarət böyük bir ədəbi məktəbin də bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verir. Dünyaca məhşur olan Nizami Gəncəvi yaradıcılığı əsirlər keçsə belə yenə də öz zənginliyini, aktuallığını qoruyub saxlayacaq. Ömrünü  Gəncədə yaşayan, burada yaradan şair ecazkar söz sənətinin incilərini də məhz Azərbaycanın qədim şəhərində ərsəyə gətirib. 

Vasif Cənnətov- Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi: Biz Regional Mədəniyyət idarəsi olaraq təstiq etdiyimiz tədbirlər planına əsasən Nizaminin 881 illiyinin keçirilməsi ilə bağlı bu gün ilk tədbiri ilk tədbirimizi həyata keçiririk. Düşündük ki, ilk tədbirirmizi Nizami Gəncəvinin uyuduğu məkan olan Nizami mqəbərəsi və Nizami muzeyində təşkil edək. Nizami Gəncəvi Gəncədə olduğu üçün bizə hər zaman iki qat məsuliyyət düşür. Biz Nizamini hər zaman anmalıyıq.

Aləmzər Tağıyeva - AMEA-nın Gəncə bölməsinin Nizami Mərkəzinin böyük elmi işçisi: Biz öz sözümüzü araşdırmalarla deyək. Buna bir isbat olaraq Nizami düşüncələr kitabımızın bu yaxınlarda təqdimtaı keçiriləcəkdir. Bizim xalqımız Nizami Gəncəvini dünyaya bəxş etdirib və bizim də borcumuzdur ki, onu da yaşatmaq.