• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 03.09.2022 21:02

Şabranda meşəni bal yığmaq üçün yandırıblar

KepezTV Player

Şabran rayonunun Çuxurəzəmi kəndi istiqamətində meşə yanğınının səbəbi müəyyən edilib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, araşdırma nəticəsində kəndin hələlik adları məlum olmayan sakinlərinin təbii bal yığmaq üçün meşə ərazisinə daxil olduğu məlum olub. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyən edilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər. Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkar edilib məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın inkişaf edərək 3 hektara qədər əraziyə yayılıb. Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.