• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 02.09.2022 16:18

"Ağ qızılın" alış qiymətinin artırılması fermerləri sevindirir

KepezTV Player

Ölkə başçısının tapşırığı ilə bu məhsul yığımında pambıq əkənlərə hər tona əlavə olaraq 50 manat da pul veriləcək. Dövlət tərəfindən göstərilən bu diqqət pambıq əkən torpaq mülkiyyəçilərini sevindirir. Bu amil aqrar rayon olan Samuxda da gələcəkdə bu sahəyə marağı artıracaq. Məhsul yığımına hazırlaşan fermerlərin pambıq yığımından gözləntiləri də böyükdür.

Samux rayon Sarıqamış kənd sakini Əzizbəy Osmanov artıq neçə ilərdir ki, pambıq əkini ilə məşğul olur. Ötən il 18 hk-dan torpaq mülkiyyətçisi ümumilikdə 46 ton 900 kq  məhsul götürüb. Bu il isə əkin sahəsini 33 hk-a çatdıran Əzizbəy Osmanovun məhsul gözləntiləri böyükdür. Torpaq mülkiyyətçisi hektardan 25 sentner məhsul gözləyir. Dövlət tərəfindən pambıqın hər tonuna 50 manatın artırılması onu daha da həvəsləndirir.

Bu il Samuxda  50  hk yaxın sahəyə pambıq əkilib. Hazırda pambıq sahələrinə mütəxəsislərin baxışı həyata keçilir. Yerlərdə görüşlər təşkil edilir, yığım zamanı lazım olacaq dəstək mexanizmləri müzakirə olunur. Vaxtında pambıq sahələrinə aqro texniki qulluqların edilməsi isə fermerləri bol məhsulla sevindirəcək.

Pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfədir ki, dövlət tərəfindən artırılır. 2022-ci ilin yanvar ayında da pambığın alış qiymətləri hər tona görə 50 manat qaldırılmışdı. Beləliklə  fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq. Bu isə xeyli əlavə qazanc əldə etmək deməkdir. Pambığın 1-ci növünün qiyməti  800, 2-ci növün qiyməti 780 , 3-cü növün qiyməti 740 , 4-cü növün qiyməti isə 700 manata qaldırılıb. Respublikamızda bu ayın sonundan kütləvi şəkildə pambıq məhsulunun yığımına start veriləcək.

 

Elnur Vahidoğlu