• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 01.09.2022 12:35

Sabah ali məktəblərə qəbul olanların qeydiyyatına başlanılacaq

KepezTV Player

2 sentyabr saat 12:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.Abituriyentlərin ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulolma faizi də açıqlanıb. Qruplar üzrə cəmi 95,22 faiz yer tutulub. "I qrup üzrə 97,99%, II qrupda 95,70%, III qrupda 93,25%, IV qrpda 92,81%, V qrup üzrə isə 92,29% yer tutulub.Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali məktəbə qəbul olmayıb. Ali təhsil müəssisələrinə qəbul üçün hazırda təxminən 2 400 plan yeri boş qalıb".200-dən yüksək nəticə göstərən və uğur qazanmayan abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr uğur qazana biləcəklər.