• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 01.09.2022 12:11

Prezident İlham Əliyevin Nikol Paşinyanla növbəti görüşü noyabrın sonuna qədər baş tuta bilər

KepezTV Player

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü bu il noyabrın sonuna qədər baş tuta bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə etmək üçün gələn ay görüşəcəklər. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün keçirilən iclasın yekunlarına dair bəyanatında deyilir.Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, xarici işlər nazirləri mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırıldı.Sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur.