• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 31.08.2022 16:27

Orta məktəblərə dərsliklər paylanılır

KepezTV Player

Elm və Təhsil Nazirliyinin təchizat idarəsi tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində olan orta ümumtəhsil məktəbləri üçün yeni dərsliklər göndərilib. Hazırda yeni dərs vəsaitlərinin kitabxanalarda  seçilərək çeşidlənməsi və möhürlənməsi aparılır. Artıq dərs vəsaitlərinin müəllim və şagirdlərə verilməsinə başlanılıb. Bu proses sentyabırın 5-nə kimi tam yekunlaşacaq. 2022-2023-cü tədris ilində 3, 7 və 10-cu siniflərin dərsliklərinin istifadə müddəti başa çatdığından bu nəşrlər yenilənib. Ümumilikdə sentyabırın 15-nə kimi şagirdlər dərsliklərlə tam təmin edilmiş olacaqlar.