• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1042
— 30.08.2022 20:16

Şəhidlərin xatirə guşəsi və görüş yerinin açılışı olub

KepezTV Player

Daşkəsəndə şəhidlərin xatirəsi əbədiləşdirilib. Şəhid ailələri və qazilərin, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə şəhidlərin şərəfli ömür yolundan, qazilərin keçdiyi çətin yollardan bəhs edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Daşkəsən Şəhidlər Xiyabanında yeni tikilmiş şəhid ailələri və qazilər üçün görüş yerinin və Daşkəsən Şəhidlərinin xatirə guşəsinin açılışı olub.Görüş yerində şəhid ailələri və qazilərin keçirdiyi tədbirlər baş tutacaq. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edilib, Quru Qoşunlarının Hərbi Orkestrinin ifasında Dövlət Himni səsləndirilib.

Rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərin göstərdikləri hünərdən bəhs edilib. Ölkəmizdə sülh və sabitliyin hər zaman bərqərar olması arzulanıb.

Tədbirin sonunda şəhid ailələri ilə çay süfrəsi arxasında görüş keçirilib, qayğıları ilə maraqlanılıb.

Nərgiz Əhmədqızı