• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1203
— 27.08.2022 12:15

Laçın azaddır!

KepezTV Player

Üzeyir Şükürov Laçın sakini: Çox böyük sevinc hisləri keçirdik. Onu dilnən demək olmur. Televizorun qarşısında oturub bütün o verilişlərə baxmışıq ki, Laçında bayraq sancılır. Ora qayıdışımız var və ona çox qürurla sevinmişik.

30 illik işğaldan sonra Laçının azad edilməsinə sevinən laçınlıların hisslərini tərənnüm etmək bizim üçün də çətindir. Çünki bu qovuşmanı hər birimiz həm gözləyirdik, həm də buna inanırdıq. Artıq Laçın şəhəri qətiyyətli siyasət nəticəsində erməni işğalçılarından azad edilib. Rəşadətli Azərbaycan ordusu üçrəngli bayrağımızın altında Laçına daxil olub.

Gəncədə 2 qəsəbədə müvəqqəti məskunlaşan Şükürovlar ailəsinin də sevincinin həddi-hüdudu yoxdur. Mütalib Şükürovun Laçından çıxanda gənc olub. Deyir ki, gəncliyini, arzularını orada qoyub gəlib. Sanki bütün xəyalları, arzuları Laçın torpağının altında idi . İndi isə ümidlər torpağın altından cücərib boy atdı, gülüstana çevrildi.

Mütalib Şükürov Laçın sakini: Laçın quşu bütün canlıların içində ən gözəldi. Laçın adı da onun adı ilə bağlıdır və Laçın gözəlliyi o adı ilə bağlıdır. 19 yaşında oradan çıxmışam. Bu gün ki, kimi yadımdadır. Gedəndə orada hansı ağaca hansı balta vurulub o da yadımdadır. Bu mənim xəyalımdan 30 ildə yadımdan çıxmıyıb. Bu gün yuxumun çoxunu da Laçında görürəm.

Tahir Şükürov Laçın sakini: Ali baş komandanın siyasəti ilə o torpaqları qaytara bilirksə onda biz bütöv bir Azərbaycanı yaratmış oluruq. Dünən ki, mənim sevincimin həddi-hidudu olmayıb. 2020-ci ildə bünövrəsi qoyulan işin artıq dünən davamını görürdük. Ona görədə mən hədsiz dərəcədə çox sevinirəm.

Üzeyir Şükürov Laçın sakini:Biz o vaxtı oranı qoyub gələndə bilirdik ki, nə vaxtsa qayıdacağıq. Ermənin orada torpağı yox evi yox yandırırlar ki, onlar qayıtmıyacaq artıq ora onnarıq deyil. Laçında heç vaxt erməni yaşamıyıbıdr.

Böyük strateji əhəmiyyət kəsb edən Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur.

Onun Azərbaycanın tabeliyinə keçməsinin mənəvi anlamda da əhəmiyyəti böyükdür.

Telefon baglantısı: Qısa bir zamnda, vaxtından əvvəl alternative dəhliz yolu tikilərək təhvil verildi. Laçın rayonu yol Azərbaycan ordusunun nəzarəti altına keçdi. Orada Azərbaycanın silahlı qüvvələrinin hərbi hissələri yerləşdirildi. Laçın böyük strateji əhəmiyyət daşıyan bir rayondu. Həm ərazi baxımdan yerləşməsi, həm də onun infrasturukturu böyük əhəmiyyət daşıyır. Laçının Azərbaycan keçməsi bird aha Azərbaycanın gücünü, Azərbaycanın dəmir yumruğunun imkanlarını və bundan sonra Laçın rayonu düşmən mövqeyində olan Ermənistana bir konkret faktdı.

Laçının azad edilməsi gecikmiş haqq-ədalətin nəhayət ki, öz yerini tapmasının bir sübutudur.

Pərvin Kərimzadə millət vəkili: Bəlli olduğu kimi imzalanan 10 noyabr bəyanatından sonra ermənistan orada olan müddəlardan sanki boyun qaçırırdı. Azərbaycanın həm hərbi, həm diplomatic qələbəsi nəticəsində Azərbaycan bütün demokratik prinsip hüquqlarına əsaslanaraq, öz legitim hüququndan istifadə edərək bu gün Laçında Azərbaycan ordusunu yerləşdirdi. Əminəm ki, biz tezliklə daha da yeni qələbə dolu xəbərlər eşidəcəyik. Çünki Azərbaycanın işi haqq işidir. Azərbaycan BMT-nin nizamnəməsinə uyğun hərəkət edir. Azərbaycan bütün beynəlxalq hüquq və prinsipləri gözləyir.

Ay Allah, zülm eyləmə daha,

Ürək dözmür naləyə-aha,

Özüm gedəmməsəm səsim dağlara

Həsrətli, kədərdi Laçınım mənim.

Azadlığın mübarək, Laçın! Sənin adını həsrətlə, nisgillə çəkməyimiz tarixə qovuşdu!

Elnur Vahidoğlu