• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 29.08.2022 19:54

Orta məktəblərdə tədris ilinə hazırlaqlar aparılır

KepezTV Player

Gəncənin 4 orta ümumtəhsil məktəbi əsaslı surətdə təmir olunaraq yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək. Vətən müharibəsində ermənilərin Gəncəyə atdığı raket zamanı dağılan orta məktəbin tikintisi isə tədris ilinin sonuna kimi başa çatacaq.

Kadrlardan da aydın göründüyü ki, 44 ildir ki, fəaliyyət göstərən və görkəmli şair Əhməd Cavadın adına daşıyan 2 nömrəli orta məktəbin vəziyyəti olduqca acınacaqlıdır. Yağış suları sinif otaqlarını, dəhlizləri tamami ilə yararsız hala salıb. Tədris aparmaq çox çətin şərait olub. Artıq bu çətinliklər aradan qaldırılır. Avqust ayının əvvəlindən təhsil ocağının dam örtüyünün yenilənməsi işlərinə başlanılıb. 5 min kvm olan dam örtüyü tamami ilə sökülüb.

Ermənilərin Vətən müharibəsində Gəncəyə atdığı raket zamanı tamami ilə dağılan şəhərin 29 nömrəli orta məktəbi isə yenidən tikilir. 58 ildir ki, fəaliyyət göstərən təhsil ocağı üçün 2600 kvm ərazidə yeni bina inşa olunur. Layihəyə görə təhsil ocağı 3 mərtəbəli 4 korpusdan ibarət olacaq. 960 yerlik olacaq məktəbdə müəllim və şagirdlərin tədris aparması üçün hər cür şərait yaradılacaq. İdman meydançası, su hovuzu, istilik sistemi və komputer otağı, labaratoriyalar inşa ediləcək. Binanın gələn ilin ortalarına kimi təhvil verilməsi nəzərdə tutulur.

Ümumilikdə yeni tədris ilində Gəncədə 45 orta ümumtəhsil məktəbində 40 min 786 şagird təhsil alacaq ki, bunlardan da  4052 nəfər birinci, 2989 şagird isə 11-ci sinifə gedəcək.

 

Elnur Vahidoğlu