• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 23.08.2022 12:27

Maaşlarına əlavələr olacaq təhsil işçilərinin sayı açıqlanıb

KepezTV Player

Dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərininin vəzifə maaşlarına aylıq əlavələr məktəbəqədər hazırlıq müəssisələrinə şamil edilmir. Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib. O qeyd edib ki, ümumilikdə bu əlavələr 865 direktoru, 2343 direktor müavinini əhatə edir. Hazırda ölkə məktəblərində 11 mindən çox direktor və direktor müavinin də dərs dediyini bildirən nazirin sözlərinə görə, onlar da gələcəkdə sertifikasiyada iştirak edəcəklər və sertifikasiya nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq. Emin Əmrullayev onu da bildirib ki, koronavirusa yoluxma sayında ciddi artım olmasa, tədris sentyabrın 15-də başlayacaq.