• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1849
— 22.08.2022 16:10

Çox mənzilli binaların qarşısına asfalt örtüyü salınır

KepezTV Player

Gəncədə çox mənzilli binaların qarşısına yeni asfalt örtüyünün salınmasına başlanılıb. Əsasən su-kanalzasiya işləri başa çatan binaların qarşısı asfaltlanır. Hazırda şəhərin İsax Cəfərov, Dədə Qorqud, Tağı Arani küçələrində 10-a yaxın çox mənzilli binanın ətrafında işlər aparılır. Əraziyə canlı qüvvə, eləcə də texnikalar cəlb edilib. İşlər yekunlaşdıqdan sonra ərazidə abadlıq quruculuq işləri də görüləcək. Yaşıllıq salınıb, işıq dirəkləri basdırılıb, oturacaqlar qoyulacaq. Asfaltlanma işləri mərhələli şəkildə şəhərin digər çox mənzilli binalarının qarşısında da aparılacaq.