• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 22.08.2022 16:25

Bağçalardakı problemlər müzakirə edilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən  Məktəbəqədər Təhsil Müəsisələrinin rəhbərləri ilə görüş keçirilib. Bağçaların fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılması ilə bağlı bu ildən belə müəssisələr yerli icra hakimiyyətlərinin tərkibindən alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. 2022-2026-cı illər Sosial İnkişaf Strategiyyasına uyğun olaraq qarşıdakı 4 ilə kimi Məktəbəqədər Təhsil Müəsisələrində uşaqların sayının 32 faizdən 50 faizə kimi çatdırılması hədəf götürülüb. Bu il ilk dəfə olaraq bağçalara uşaqların qəbulu da elektron qaydada həyata keçirilir. Gəncə şəhəri üzrə 1030 nəfər növbəyə yazılsa da hələ də bağçalarda 980 yer boşdur. O da diqqətə çatdırılıb ki, Məktəbəqədər Təhsil Müəsisələrində işlərin optimallaşdırılmasında, təchizat məsələlərində, prosesin normativ aktlara uyğun şəkildə qurulmasında hələ də problemlər mövcuddur. Bundan başqa bağçalarda sənədləşmə işlərinin düzgün aparılmaması məsələləri də gündəlikdə olan məsələlərdəndir. Bütün qaldırılan bu problemlərin həlli istiqamətində isə bağçalarda mütamadi olaraq monitorinqlər həyata keçiriləcək. Nöqsanlarla bağlı ciddi tədbirlər görüləcək.

Seymur Sadıxov - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri: Bağçaların təchizatının stimullaşdırılması, daha sonra şəxsi heyyətin müəyyən təlimlərə cəlb olunması, Nazirliyin müvafiq vaxtda gördüyü sertifkatlaşmaya hazırlanması ilə bağlı idi. Bu bizim üçün çox önəmli bir məsələdir. Çünki onlar bir başa uşaqların təlim pisxalogiyyasının təməlini qoyan şəxslərdi. Ona gördə onların sertifkatlaşması çox vacib məsələdir.

Raminə Məmmədov - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: Bəzən valideyinlər bir bağçaya yerləşdirir övladını bağçaya göndərmir. Yer boşalır, bu zaman valideyin yer dəyişmə edə bilər. İl ərzində bu yer dəyişmə aktiv olacaqdır. Bu müddətdə də valideyinlər bir yerdən başqa yerə yer dəyişmə edə biləcəklər. Məktəbəqədər Təhsil Müəsisələrinə tərbiyyəçilərin qəbulu elektron şəkildə həyata keçiriləcəkdir. Qeydiyyat prosesidə artıq yekunlaşıbdır. İmtahan yaxınlaşır və bu prosesi keçənlər müsahibə mərhələsindən sonra işlə təmin olunacaqlar. İlk dəfədir ki, imtahanla işə qəbul həyata keçirilir.