• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 22.08.2022 12:18

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib

KepezTV Player

Prezident İlham Əliyev polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Digər bir sərəncamla, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.