• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 20.08.2022 20:43

İlk dəfə olaraq qastroenterologiya sahəsində konfrans keçirilib

KepezTV Player

Gəncədə ilk dəfə olaraq “Birinci Gəncə Qastroenteroloji günləri” adlı beynəlxalq konfrans keçirilib. Gəncə və ətraf rayonların qastroenteroloq, cərrah, onkoloq, hepatoloq və  terapevtlərin iştirak etdiyi konfransda Türkiyə, Rusiya, Ukrayna eləcə də Bakıdan dəvət olunan professorlar, həkimlər iştirak ediblər. Çıxış edənlər son zamanlar insanlar arasında mədə xəstəliklərinin geniş yayıldığını vurğulayıblar. İnsanlarda rast gəlinən mədə xərçəngi dünyanın bir sıra ölkələrində müasir üsullarla əməliyyatsız, kiçik əməliyyatlarla və ya endoskopik proseduralarla həyata keçirilir. Daha çox Yaponiyada bu üsul geniş yayılsa da, ölkəmizdə buna demək olar ki, az-az rast gəlinir. Bu cür konfranslarda tibb mütəxəsislərini maarifləndirilməklə onlara bu yol da köməkliklər edilir. İki gün davam edən konfransda iştirakçıları maraqlandıran sullar cavablandırılıb. Onlara özəl xəstəxanada müasir üsulla ediləcək əməliyyatı canlı izləmək imkanı yaradılıb. Bundan əvvəl Naxçıvanda keçirilən anoloji konfransın digər bölgələrdə də təşkili nəzərdə tutulur.

Aqil Ağakişiyev Endoskopik Lapraskopik Cərrahlar Cəmiyyətinin Qastroenterologiya şöbəsinin rəhbəri: Onların maariflənməsində, yeniliklərin öyrənilməsində, istər Türkiyədən, Rusiyadan, Ukraynadan qatılan dəyərli akademik, professor heyyətinin çıxışlarından yararlanması, Azərbaycan tibbinin dünyaya, avropaya açılmasına dəstək olmaqdır.

Mehmet İbiş Qazi Universtetinin Tibb fakültəsinin həkimi:Mədə qanaxmasının açıq əməliyyat etmək yerinə əməliyyatsız endoskopik yolla müalicə edib xəstəni ikinci günü evinə göndərməyi qarşımıza məqsəd qoymuşuq. Bu sürətlə yayılır.

Ülvi Maçanov konfransın həmsədri: Mədə bağırsaq önü xəstəliklərin aradan qaldırılması üçün olan törəmələrin daha asan yolla xəstədən xaric edilməsi, mədə bağırsaq xərcənginin praflaktikasından söhbət gedir.

Elgün Səmədov ümimi cərrah:Səhiyyəmiz müasir avadanlıqlarla təmin olunur. Bu müasir avadanlıq işin bir hissəsidir. Həkimlərimizdə bu işləri öyrənib, bu prosedurlarla xəstələrimizə daha yaxşı xidmət edilməlidir.