• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 19.08.2022 19:44

Prezident səfirlərlə bağlı sərəncamlar verib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Rəmzi Teymurovun Azərbaycanın Koreya  və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri,  Rəşad Aslanovun Argentina və eyni zamanda Paraqvay, Boliviya , Çili , Uruqvayda fövqəladə və səlahiyyətli səfiri, Elxan Poluxovun Braziliya və eyni zamanda Ekvador, Qayana, Surinam, Trinidad və Tobaqoda fövqəladə və səlahiyyətli səfiri, eləcə də Azərbaycanın Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncamlar verib. Dövlət başçısının digər sərəncamı ilə Rəmzi Teymurov Azərbaycanın Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin sərəncamı ilə Nəsimi Ağayev Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub və o,  Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Eyni zamanda Prezident İlham Əliyev Rəşad Novruzun Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.