• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 16.08.2022 20:18

Təkrar əkin sahələri genişləndirilir

KepezTV Player

İldən-ilə fermerlərin təkrar əkinlərə marağı artır. Müşahidələr göstərir ki, iqtisadi cəhətdən səmərəli olduğundan ölkəmizdə məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Bu aqrar rayon olan Samuxda da uğurla davam etdirilir. Rayonda taxıl biçinindən bol məhsul götürən fermerlər bundan həvəslənərək hazırda sahələrdə təkrar əkinə başlayıblar.

Samux rayon Sərkar kənd sakini  Xəzri Orucov təkrar əkin üçün torpağını şumlatmağa başlayan fermerlərdən biridir. O, hazırda öz pay torpağında təkrar əkin üçün  1,5 ha əraziyə qarğıdalı, 1 hk isə  günəbaxan əkmək istəyir. Bunun üçün lazım olan texnika eləcədə gübrə sarıdan heç bir çətinliyi yoxdur.

Samux rayonunda təkrar əkinə iyul ayın ortalarından başlanılıb. Bu təkrar əkin dövriyyədə olan torpaqlardan səmərəli istifadə olunmasına böyük imkan verir. Üstəlik, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkinin aparılması torpağın strukturunu da yaxşılaşdırır.Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Həmçinin aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəli istifadə edilən təkrar əkin respublikada mal-qaranın qüvvəli və  yaşıl yemə olan  tələbatını tam təmin etmək üçün də vacib hesab edilir. Ümumilikdə rayonda bu il 10 min hk yaxın əraziyə təkrar əkin aparmaq nəzərdə tutulub ki, hazırda 6669 hk sahədə şumlama başa çatıb. Əkilən sahənin 2260 hk da isə müxtəlif növ bitkilər səpilib.

Aqrar rayon olan Samuxda bu il fermerlər əkdikləri 10 min 859 hk taxıl sahəsindən ümumilikdə 43 min 462 t taxıl götürüblər ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdu.

 

Elnur Vahidoğlu