• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 12.08.2022 16:22

Uşaqlar arasında yayılan virusla bağlı həyacan təbili çalınır

KepezTV Player

Son bir neçə aydır ki, uşaqlar arasında “Bağırsaq qripi” adlandırılan rotavirus infeksiyası eləcə də "İnax xəstəliyi" kimi tanıdığımız laringit xəstəliyi geniş yayılmaqdadır. Təəsüflə demək olar ki, bu xəstəliklər Gəncədə də az yaşlılar arasında çox yayılıb. Belə ki, Yoluxucu xəstəliklər xəstəxanasına ay ərzində hər iki xəstəliklə bağlı 30-a yaxın stasionar müraciət daxil olub. İnfeksionist həkimlər bununla bağlı olaraq valideynləri ehtiyatlı olmağa çağırır.

Son bir ayda həkimlər uşaqlarda geniş yayılan qusma, yüksək hərarət və ishalla müşahidə edilən virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər. Rotavirus adlanan həmin infeksiya uşaqlarda daha çox aşkarlanır və ona uyğun müalicənin aparılması tövsiyə olunur. Bu xəstəlik daha çox 5 yaşa qədər olan uşaqlarda rast gəlinir və simptomlar bir həftədən bir aya qədər davam edə bilir. Həmin virus ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir. Ola bilsin ki, bəzi hallarda uşaq səhər tezdən durarkən ürəkbulanma, qusma baş versin. Bir neçə saatdan sonra hərarət yüksələ, daha bir neçə saatdan sonra isə qarın nahiyəsində ağrılar başlaya bilər. Bəzi hallarda uşaq boğazında ağrıların olmasından da şikayətlənir. Başqa bir əlamət kimi isə uşaq  halsız olur, arabir qarnında ağrılar baş verir. Müəyyən əlamətlərinə görə rotavirus infeksiyasına əhali arasında “bağırsaq qripi” də deyirlər. Bununla yanaşı son zamanlar Laringit xəstəliyi də uşaqlarda geniş yayılır. Bu boğulma gecə yarısı güclü öskürək kimi başlayır. Bu da əsasən 3-5 yaş arası olan alergiyyaya meyilli az yaşlılarda daha çox müşahidə edilir. Həkimlər Vlideyinləri də uşaqlar arasında geniş yayılan bu viruslarla bağlı ehtiyatlı olmağa çağırır. Uşağı vaxtında həkimə aparmağın faydalı olduğunu bildirirlər. Yolxucu xəstəliklər xəstəxanasında ay ərzində 30-a yaxın az yaşlı hər iki xəstəliklərlə bağlı stasionar müalicə edilirlər. Bununla yanaşı ambulator şəraitdə müalicə alanlar isə sahə həkimlərinə yönəldiliblər. Təhlükəli hesab edilən bu viruslardan tez sağalmağın birinci yolu isə həkimə vaxtında müraciətdən başlayır. Bu həm də sağlamlığın təməli deməkdir.

 

Elnur Vahidoğlu