• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 11.08.2022 20:35

Şəhər rəhbərliyi Yeni Gəncə yaşayış massivində sakinlərlə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Yeni Gəncə yaşayış massivində keçirilən görüşdə şəhər başçısı ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.Açıq havada baş tutan yığıncaqda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.Müraciətlər arasında bir sıra küçə və döngələrin asfaltlanması, işlə təminat, əlilliyin müəyyən edilməsi, mənzil uçotuna alınma, maddi yardımın göstərilməsi və sair məsələlər üstünlük təşkil edib.Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.