• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 10.08.2022 20:23

Sakinləri narahat edən kanalzasiya problemi

KepezTV Player

Gördüyünüz bu kadrlar şəhərin Yeni Gəncə yaşayış massivi ikinci mikrorayon bina  17-nin  qarşısında çəkilib. Binanın önünə axan kanalzasiyanın çirkab suyu insanları necə deyərlər lap təngə gətirib. Artıq bir neçə müddətdir ki, axan çirkab su sakinlərin binanın qarşısına çıxmasına çətinlik yaradır. İy-qoxudan da ərazidə durmaq mümkün deyil.

Namiq Cəfərov sakin:Göz qabağındadır, kanalzasiya axır. İyin əlindən durmaq olmur. Tələbimiz odur ki, bu kanalzasiyanı düzəltsinlər.

Sevda Hüseynova sakin: Bina 17-nin sakiniyəm, 8-ci mərtəbədə oluruq. Kanalzasiya suyunun içində düşürük, kanalzasiya suyunun içində çıxırıq. Binamızda orta blokdur ordan da çökmə başlayıb. Cücülərin, qurtların əində çölə çıxa bilmirik. Xahiş edirik ki, bir tədbir görülsün.

Həqiqət Abbasova sakin: Mən orada yeriyəndə dabanın torpağa batırdı. O dərəcədə çökübdür. Biz xahiş edirik ki, buranı gəlib düzəlrsinlər. Biz də insan kimi burada yaşıyaq. Çölə çıxanda rahat nəfəs ala bilək.

Vaqif Əliyev sakin: Bu boruları dəyişsinlər, buranı düzəltsinlər. Kanalzasiya daşıb buraları zibilləməsin.

Əfşan Musayeva sakin: Kanalzasidan zirzəmidə dolub. Pəncərəni də iydən  açıq qoymaq olmur. Bütün sakinlər kimi normal həyat yaşamaq istəyirəm.

9 mərtəbəli olan bu bina ötən əsrin 90-cı illərin əvvəlində sakinlərin istifadəsinə verilib. 50-ə yaxın ailənin qarşılaşdıqları bu problemə Gəncə Su kanal törəmə səhimdar cəmiyyətinin də münasibətini öyrəndik.

Elburus Hacıyev Gəncə Su Kanal Törəmə Səhimdar Cəmiyyətinin Texniki İstehsalat şöbəsinin rəisi:  Şəhər ictimayyətinin də məlumatı var. Bu yaxınlarda şəhər icra hakimiyyətində Azərsu Səhimdar Cəmiyyətinin müavini Etibar müəllim və şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramobla geniş tərkibdə həmin layihənin geniş tərkibdə davam etdirilməsi müzakirə olundu Yaxın zamanlara həmin layihənin davam etdirilməsi nəzərdə tutulub. Şəhərə köhnə şəbəkələrdə yaranmış problemlər yaxın zamanda işə başlıyacaq və aradan götürüləcəkdir.

Yeni Gəncə yaşayış massivi ikinci mikrorayon bina  17-nin  sakinlərinin üzləşdikləri problemi idarə rəsmilərinin diqqətinə çatdırdıqdan sonra yerindəcə tədbirlər görülməyə başlandı. İdarənin texniki birqadası hadisə yerinə gəldi. Tutulan boru işçilər tərəfindən tez bir zamanda təmizləndi. Binanın sakinlərin problemi qsimən həll olundu. O ki, qaldı problemin kökündən həllinə idarə rəsmisinin də dediyi kimi yaxın zamanlarda bu məsələ həllini tapacaq.

Elnur Vahidoğlu