• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 10.08.2022 12:58

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

KepezTV Player

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.<br><br>Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Açılış mərasimi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda reallaşıb. Komandaların paradında Azərbaycan atletləri meydana dördüncü daxil olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışlayıblar. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3, cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol, karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol və üzgüçülük yarışlarında güclərini sınayırlar.