• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 08.08.2022 18:54

Heyvandarlığın inkişafı yolları izah edilib

KepezTV Player

Kənt Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda seminar keçirilib.  “Müasir Ferma modeli”  mövzusunda təşkil edilən seminarda Rusiyadan dəvət olunan mütəxəsislər öz təcrübələrini bölüşüblər.

Seminarda vurğulanıb ki, fermerləri yem bazasının eləcədə müasir fermaların təşkili kimi suallar həmişə narahat edib. Bununla yanaşı fermerlərə müasir texnalogiyyanın tətbiq olunma sahələrini aşkar edib, onların tam dürüstlüyü ilə üzə çıxarılması istiqamətində işlər də qarşıda duran mühüm vəzifələrdəndir.Məhz elə bunun üçün də Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda fermerlərin bu sahədə maarifləndirilməsi çərçivəsində işlər həyata keçirilir. Bu yöndə aparılan tədbirlərə xarici mütəxəsislərin cəlb olunması işin keyfiyyətinin artırılmasına xidmət edir.

Aleksandr Bezens Rusiyalı heyvandarlıq üzrə mütəxəsis: Öz innavativ təkliflərimizi verməklə ümid edirik ki, bütün fermerlərə dəstək ola biləcəyik. Potensialı hiss edirik. Onlara labarator şəraitdə tətbiqi dəstək verə, eləcə də innavativ avadanlıqlarla təmin edə bilərik. Hər bir fermerin indidivual sualını cavablandırırıq. 130 ildən artıq olan təcrübəmizlə biz hər bir fermerin nəyə ehtiyac duyduğunu müəyyən edirik. Və Bu istiqamətlərdə köməklik etməyimiz mümkündür.

Aqşin Ağayev  şirkət rəhbəri: Seminar xarakterlidir, interaktivdir. Rusiyadan mütəxəsislər dəvət olunub. Onlar dünya mahiyyətli mütəxəsislərdir. Biz bunu borc bilirik ki, bizim fermerlərə müəyyən innavativ fikirlərini çatdırsınlar. Bizdə Respublikada heyvandarlığıa böyük diqqət yetirilir. Bununla əlaqəli düzgün planları vermək üçün mütəxəsislər Azərbaycana dəvət olunur.

Respublikamızda Kənt Təsərrüfatının inkişafı son illər yüksək səviyyədə davam edir. Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda da bu sahənin inkişafı üçün dövlət proqramı çərçivəsində  mühüm işlər görülür.

Mahir Hacıyev Heyvandarlıq Elmi Tədqiqat İnistitutunun direktoru: Dövlətimizin strateji yol xəritəsinə əsasən Kənt Təsərrüfatı Nazirliyi tərəfindən Göygöl rayonunda Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda iki böyük layihə icra olunur. 100 başlıq sağmal damazlıq kompleks inşa edilir. Yəqin ki, bu ilin sonuna kimi təhvil veriləcəkdir. 1000 başlıq damazlıq qoyunçuluq və keçicilik fermasıda inşa olunur və bu günkü gün də orada qızğın işlər gedir. Gələn ilin əvvəlinə kimi təhvil veriləcəkdir.

İki gün davam edən seminarda iştirakçıları “Müasir Ferma modeli” mövzusunda maraqlandıran suallar  cavablandırılıb, mövzu ətrafında diskusiya aparılıb. Fəal olan iştirakçılara sertifkatlar təqdim edilib.

Elnur Vahdioğlu