• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 08.08.2022 18:32

Ərdoğandan Ermənistana çağırış

KepezTV Player

“Meydanda güclü olmadan masada güclü olmanın çətinlikləri məlumdur. Azərbaycanın işğal altındakı torpaqlarının azadedilmə prosesi bunun ən bariz nümunəsidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib. “30 ilə yaxın davam edən işğal qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir həm işğalın, həm də itkilərinin acısı ilə yaşamaq məcburiyyətində buraxılıb. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib olub. 44 gün davam edən dastanvari mübarizənin nəticəsində, həmd olsun, Qarabağ yenidən azadlığına qovuşub, 30 illik işğala son qoyulub”, - dövlət başçısı vurğulayıb. Ermənistana çağırış edən Ərdoğan əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni dönəmin başladığını bildirib. “Bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Ermənistanın prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram”, - deyə Türkiyə Prezident söyləyib.