• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 08.08.2022 18:28

Qanvermə aksiyası təşkil olunub

KepezTV Player

 

Gəncədə Aşura günü ilə əlaqədar olaraq könüllü qanvermə aksiyası keçirilib. Şəhər sakinləri gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə gələrək qan veriblər. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qanvermə aksiyasına qatılan donorlar bu addımın böyük xeyirxahlıq olduğunu deyiblər.