• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 854
— 08.08.2022 17:42

Bakı-Gəncə qatarında yenilik edilib

KepezTV Player

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn rejimdə elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq.“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qurumun rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir. Bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmır.Sərnişinlərin elektron biletlərinin mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda qeydiyyatı qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri tərəfindən yoxlanılacaq.