• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 08.08.2022 17:41

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

KepezTV Player

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Tədris digər dillərdə aparılan bölmələr üzrə seçimə isə avqustun 11-dən başlanılır. Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabrda yekunlaşacaq.