• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 08.08.2022 17:41

Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 8-dən 14 dək ixtisaslaşma seçimi elan edib. Boş qalan yerlərə qəbul 20 fevral və 29 may tarixlərində keçi­rilən qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.